Ukrayna U-15 millisinin yarımmüdafiəçisi Miroslav Vaskovski karyerasını "Liverpul"da davam etdirəcək. Sport24.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti 14 yaşlı futbolçunun transferini rəsmi olaraq açıqlayıb.
"Liverpul" Avstriya "Austriya"sından İngiltərəyə köçən oyunçunun transferini başa çatdırıb. Vaskovski Kiyev "Lokomotiv"inin yetirməsidir.
Ukraynalı istedad 2022-ci ildə Avstriya klubunun akademiyasına qoşulub və 2025-ci ilin iyulundan "Liverpul"un akademiyasında məşq edir. Dekabrın sonunda "qırmızılar" keçid üçün lazım olan bütün sənədləri qaydasına salıb və ukraynalı istedadla rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Vaskovski dekabrda Portuqaliyada keçirilən UEFA İnkişaf Turnirində Ukrayna U-15 millisinin formasını geyinib. O, bu mövsüm "Liverpul"un U-14 və U-15 komandalarında oynayacaq.