"Barselona"nın Lamin Yamalın atası Munir Nasraui oğlunun çıxışı barədə danışıb. Sport24.az xəbər verir ki, o, "Diario Sport"a açıqlamasında Laminin potensialından danışıb:

 

"Onun hələ də çox gücü var, beş yaşından üzərində işləyir. Heç kim ona mane ola bilməz. İndi meydanda sərgilədiyi oyun, onun potensialının 10 faizi belə deyil. Sizi əmin edirəm ki, oğlum yaxın gələcəkdə adından çox söz etdirəcək".

 

Qeyd edək ki, 17 yaşlı Yamal cari mövsümdə bütün turnirlərdə 49 oyun keçirib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.