Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının 2-ci turunda Şotlandiya ilə matçda (2:1) qol vurub. Sport24.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasında ilk dəfə şotlandlarla görüşdə fərqlənib. Bu, Ronaldonun  qol vurduğu 48-ci milli komandadır. Bu, futbolçular arasında sözügedən göstəricidə rekorddur.

 

Qeyd edək ki, Ronaldo milli komandalardan ən çox Lüksemburqa qarşı qol vurub (11). 

 

Xatırladaq ki, Ronaldo karyerasında vurduğu qolların sayını 901-ə çatdırıb.