Afrika Millətlər Kubokunda final oyunu keçirilib. Sport24.az xəbər verir ki, həlledici matçda  Nigeriya və Kot-d'İvuar milliləri qarşılaşıb. Görüş Kot-d'İvuarın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Nigeriya - Kot-d'İvuar - 1:2
Qollar
:Trost-Ekonq, 38, Kessye, 62 (1:1), Aller, 81 (1:2)

 

Ev sahibi Kot-d'İvuar tarixində üçüncü dəfə Afrika Kubokunu qazanıb. Milli daha əvvəl 1992 və 2015-ci illərdə turnirin qalibi olub.

 

Qeyd edək ki, Afrika Kubokunda üçüncü yeri Konqo DR-i məğlub edən Cənubi Afrika millisi tutub.