UEFA Konfrans liqasında Azərbaycan yalnız 3 klubla təmsil olunmayıb.  Sport24.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsində referilərimiz də Avropa meydanlarında söz sahibi olublar.

 

Belə ki, Kamal Umudlu Liqanın 2-ci təsnifat mərhələsinin "Drita" (Kosovo) - "Breydablik" cavab oyununu (1:0) idarə edib. 

 

Ona yan xətt hakimləri qismində Namik Hüseynov və Vüsal Məmmədov yardım ediblər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev həyata keçirib.

 

Kamal Umudlu bu oyunda 5 sarı vərəqə göstərib.