Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən Kevin De Bruyne gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir mki, belçikalı yarımmüdafiəçi bu barədə "Viaplay"a danışıb:
"Bütün təklifləri dinləməyə hazıram. Futbolu sevirəm. Futbol oynamağı sevirəm və yaxşı təklif ortaya çıxsa və ailəm bundan razı olsa, qərar verə bilərik.
İngiltərədə qalmağa hazıram? Bilmirəm. Bəlkə də. Çox çətindir. "Mançester Siti"ni tərk etmək qərarı bu yaxınlarda verilib. Bir həftə ərzində heç nə qərarlaşdırmaq mümkün deyil. Futbol dünyasında bir həftədə qərar vermək ağırdır. Hər şey çox yavaş baş verir.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ildən İngiltərə təmsilçisinin formasını geyinir. Onun klubla müqaviləsi bu yay başa çatır.