Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bir neçə nəslin oyunçularından ibarət Braziliyanın simvolik millisini tərtib edib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı "Marca"ya açıqlama verib:

 

"Qapıya Didanı qoya bilərdim. Sağda Kafu, müdafiənin mərkəzində Militao və ya Tiaqo Silva, solda isə Marselo. Yarımmüdafiədə Kazemiro, Kaka... Əminəm ki, kimisə unuduram. Azad rəssam olsa da, sağda Rodriqo, solda Vinisius. Hücumda isə seçim böyükdür: Ronaldo, Rivaldo, Ronaldinyo... bir sözlə, namizəd çoxdur".

 

Qeyd edək ki, Ançelotti 2025-ci ilin mayından Braziliya millisinə rəhbərlik edir. Bu müddət ərzində komanda səkkiz oyuna çıxıb. Onlardan dördündə qalib gələn brazliyalılar, ikisində məğlub olub. İki görüş isə heç-heçə başa çatıb.