"Real"ın baş məşqçisi Karlo Ançelotti "Liverpul"u çalışdırmaq arzusunda olduğunu bildirib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bu barədə "Goal"a müsahibəsində danışıb:

 

"Liverpul"u çalışdırmaq arzusunda idim. Amma sonra "Everton"a yollandım və onların rəqabətini yaşadım. İndi mən "Everton"un azarkeşiyəm. Ordakı atmosferi çox bəyəndim".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Karlo Ançelottinin "Real"ın baş məşqçi postunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. İtalyan mütəxəssis 2021-ci ildən "Kral klubu"nun "sükanı arxasındadır". Onun Madrid klubu ilə müqaviləsinin müddəti  2026-cı ilin yayına qədər nəzərdə tutulub.