"Real" hücumçusu Junior Vinisius ilə müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. 24 yaşlı futbolçunun maaşı vergilər çıxandan sonra illik 20 milyon avro olacaq və bütün bonuslarla bu məbləğ 30 milyona yüksələ bilər.

 

Aprelin 10-da Vinisiusun Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilib. Səudiyyəlilər ona 1 milyard avro dəyərində 5 illik müqavilə təklif ediblər.

 

Qeyd edək ki, braziliyalı 2018-ci ildən "Real"da çıxış edir. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.