"Real" yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"Kral klubu"nun baş məşqçisi Joze Mourinyo 23 yaşlı fransız futbolçuya ümid etmir. Bir neçə Premyer Liqa klubu yarımmüdafiəçiyə maraq göstərdiyi bildirilir. Futbolçu özü isə madridi tərk etmək istəmir.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən "Real"ın formasını geyinir. Onun klubla müqaviləsi 2029-cu ilin yayında başa çatır.