"Qalatasaray" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sporrt24.az xəbər verir ki, İstanbul nəhəngi "Göztepe"də çıxış edən Arda Okan Kurtulanı transfer etmək istəyir.

 

Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

 

"Qalatasaray" 23 yaşlı futbolçu üçün 6 milyon avroluq təklif göndərib. İzmir klubu bu təklifi qəbul etməyib. Yarımmüdafiəçi özü "cim bom"a keçməyə isti yanaşır.

 

Qeyd edək ki, Arda Okan Kurtulan 2025-ci ilin yayından "Göztepe"də çıxış edir. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.