Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start veriləcək. Sport24.az xəbər verir ki, III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulacaq.

 

Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşəcək. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni qorumaq üçün uduzmamalıdır. İsveçrə isə pley-offa bir xalla da çıxa bilər.

 

AVRO-2024

Qrup mərhələsi, III tur

23 iyun, A qrupu

23:00. İsveçrə - Almaniya 1:1

Qol: Ndoye, 29 - Fülkruq, 90+10

Baş hakim: Daniele Orsato (İtaliya)

Frankfurt Arena.