"Real"ın sabiq baş məşqçisi Xabi Alonso Fransa nəhəngi "Marsel"ə rəhbərlik etməkdən imtina edib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbə bildirir ki, "Marsel" rəhbərliyi Roberto De Zerbinin gedişindən sonra Alonso ilə ilkin təmaslar qurub. Lakin mütəxəssis klubun idman strategiyasının aydın olmaması, rəhbərlik daxilində fikir ayrılıqları və ümumi xaotik mühit səbəbindən bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Xabi Alonso indiyədək "Real", "Real Sosyedad B" və Almaniyanın "Bayer" komandalarına baş məşqçilik edib.