Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanla qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 14:20-də keçiriləcək oyun Belarus Futbol Federasiyasının məşq meydanında baş tutacaq. 

 

Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyadan olan həmyaşıdlarına 1:7 hesabı ilə məğlub olub.