"Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında arzuolunmaz antirekord ilə diqqət mərkəzinə düşüb. Sport24.az-ın məlumatına görə, polşalı qolkiper cari mövsüm artıq qitənin bir nömrəli klub turnirində 27 qol buraxıb.

25 yaşlı çərçivə qorucuyusu bu göstəricidə Dominik Takaça çatıb.

Slovakiyanın "Slovan" (Bratislava) klubunun qapıçısı 2024/2025 mövsümündə 27 qola mane ola bilməyib.

"Qarabağ" fevralın 18-də Bakıda İngiltərənin "Nyukasl" klubuna pley-off mərhələsinin ilk oyununda 1:6 hedabı ilə uduzub. "Köhlən atlar"ın cavab qarşılaşmasının da olduğunu nəzərə alsaq, Koxalskinin mütləq antirekorda imza atacağı qaçılmaz olacaq. Bu, "sağsağanlar"ın ən azı bir qol vuracağı təqdirdə gerçəkləşəcək.

Qeyd edək ki, cavab qarşılaşması fevralın 24-də keçiriləcək.