"İmişli" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bölgə təmsilçisi 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalayıb.

 

Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.

 

Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.