"Lill"in yarımmüdafiəçi Andre Qomes karyerasını MLS-də davam etdirəcək. 32 yaşlı portuqaliyalı yarımmüdafiəçi Nəriman Axundzadənin də formasını geyinəcəyi "Kolumbus Kru" ilə müqavilə bağlayıb. Qomesin sözləşməsi daha 18 ay uzadılmaq şərti ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi əvvəllər "Benfika", "Valensiya", "Barselona", "Everton" və Portuqaliya millisinin şərəfini qoruyub. Qomeş 2016-cı ildə Portuqaliya ilə Avropa çempionatının qalibi olub. O, həmçinin 2016/17 mövsümündə "Barselona"da çempionluq sevinci yaşayıb. Yarımmüdafiəçi bu mövsüm Fransa liqasında cəmi iki oyunda meydana çıxıb.