FİFA "Prestianni Qanunu"nun tətbiqini nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ali futbol qurumunun müvafiq komitəsi rəqiblərini təhqir edərkən ağızlarını bağlayan oyunçuların cəzalandırılmasını müzakirə edəcək.
Qeyd edək ki, "Benfika" və "Real" (0-1) arasında Çempionlar Liqasının pley-off matçında meydan sahiblərinin oyunçusu Canluka Prestianni ilə "Real"ın hücumçusu Vinisius Junior arasında qarşıdurma baş verib. Bu vaxt Prestianni ağzını köynəyi ilə bağlayaraq braziliyalını irqçi təhqir etdiyi barədə məlumatlar yayılıb.