"Mançester Yunayted" müqaviləsi bu yay başa çatacaq Ceydon Sanço ilə yeni sözləşmə imzalamağı planlaşdırmır. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" həftəlik 200 min dollar (170 min avro) maaş alan 25 yaşlı futbolçuya azad agenti statusu verəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Sançonu 2021-ci ilin yayında Dortmund "Borussiya"sından 85 milyon avroya alıb. Ötən ilin sentyabrında hücumçu mövsümün sonuna qədər "Aston Villa"ya icarəyə verilib. keçib. Sanço "mankunianlar"ın heyətində bütün turnirlərdə 83 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.