Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında "DH Volley" kollektivi "Gənclər" komandasını 3:0 (25:10, 25:11, 25:10) hesabı ilə üstələyib. Ardınca isə "Abşeron" "Azərreyl"dən güclü olub - 3:2 (19:25, 22:25, 25:11, 25:23, 16:14).
Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.