Bolqarıstanın Plovdiv şəhərində keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Fatimə Hüseynli beşinci yeri tutub. Sport24.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, gənclər (U-21) kateqoriyasında mübarizə aparan idmançı klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci sırada tamamlayaraq pley-offa yüksəlib.

 

Avropa çempionatının 1/4 finalında mübarizəni dayandıran F.Hüseynli yekunda beşinci pilləni tutub.