"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Dortmund təmsilçisi "Kruzeyro"dan Kauan Pratesin keçidini həll edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Borussiya" braziliyalı futbolçu üçün klubuna 7+5 milyon avro təzminat ödəyəcək. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Braziliyaa U-17 millisinin üzvü olan Kauan Prates yayda Dortmund təmsilçisinin düşərgəsinə qoşulacaq.