"Yuventus" yeni mövsümə heyətdə ciddi dəyişikliklərlə başlaya bilər. Sport24.az xəbər verir ki, A Seriyası nəhənginin baş məşqçisi Luçano Spaletti bir çox futbolçunun performansından narazıdır.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

İtaliyalı mütəxəssis 8 futbolçunu komandada görmək istəmir. Bunlar qapıçı Mişel Di Qreqorio, müdafiəçilər Federiko Qatti, Xuan Kabal, yarımmüdafiəçilər Vasiliye Adziç, Edon Jeqrova, hücumçular Lois Openda, Conatan Devid və Duşan Vlahoviçdir.

 

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 25 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turin təmsilçisi UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qalatasaray"a 2:5 hesabı ilə uduzub.