"Nyukasl"ın hücumçusu Nik Voltemeyd İngiltərə klubundakı mövqeyindən narazıdır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı alman hazırda yaxın gələcəkdə Bundesliqaya qayıtmaq üçün variantları araşdırır. O, "Ştutqart"a qayıtmağa və ya 2025-ci ilin yayında onunla maraqlanan "Bavariyaya"qoşulmağa hazırdır. 

 

Qeyd edək ki, Voltemade 2025-ci ilin avqustundan "Nyukasl"da oynayır. O, cari mövsümdə 39 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2031-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 70 milyon avro qiymətləndirir.