"Neftçi" adına layiq qərar verib. Kim bilərdi ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyununun hesabı belə olacaq?". Bu sözləri Sport24.az-a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis "Neftçi" - "Qarabağ" matçının təxirə salınması fonunda Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasındakı ilk qarşılaşmada (1:6) uduzmasına münasibət bildirib:
"Bu gün üçün ən vacib amil Azərbaycan futbolunun nüfuzunu qoruyub saxlamaqdır. Tarixdə ilk klubumuz idi ki, Çempionlar Liqasının pley-offuna qədər gəlib çıxdı. Böyük tarix yazıldı. Ruhdan düşmək lazım deyil. 1:6 hesabı ilə uduzmusansa, bu o demək deyil ki, səfərə yollanmamalısan. Böyümək üçün bu cür məğlubiyyətlərlə rastlaşmalısan".
Sadıqov "köhlən atlar"ın dünənki dueldən nəticə çıxaracağını sözlərinə əlavə edib:
"İnanıram bizim çempionumuz belə qarşılaşmalardan nəticə çıxaracaq. Dünənki dueldə gördük ki, "Nyukasl" "Qarabağ"dan qat-qat üstündür. Səbəblər çoxdur, bu, bəhanə kimi görünəcək. Cari avrokubok mövsümündə ilk dəfə doğma meydanda "Qarabağ"a öz oyununu göstərməyə imkan verməyən komanda gördük. Rəqib Bakıda qələbə qazanmaqla cütün taleyini ilk görüşdə həll etmiş oldu".