UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilmiş 8 oyunu tribunadan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, "Qarabağ - "Nyukasl" görüşündə 28861 tamaşaçı tribunalarda əyləşib.

Bu matç azarkeş sayına görə beşinci ola bilib.

Qeyd edək ki, "Qarabağ" İngiltərə klubuna 1:6 hesabı ilə uduzub.