Türkiyə I Liqasında XXVI turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasında oynamış Mert Melikin formasını geyindiyi "Sivasspor" səfərdə "Adana Demirspor"un qonağı olub.

 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Mert də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 25 yaşlı mərkəz müdafiəçisi 89-cu dəqiqədə əvəzlənib. O, komandasının qolunun məhsuldar ötürməsini edib.

 

26 turdan sonra 32 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.