"Liverpul" "Tottenhem"in yarımmüdafiəçisi Lukas Berqvallı transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızılar" "Aston Villa"nın da izlədiyi 20 yaşlı isveçli ilə maraqlanır.

 

Qeyd edək ki, Berqvall cari mövsümdə 26 matçda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2024-cü ilin yayından "Tottenhem"də çıxış edir. Yarımmüdafiəçinin London klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayında başa çatır. ilə qədərdir. Berqvall İsveç millisində 6 oyun keçirib.

"Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.