Rusiyanın "Zenit" klubu "Beşiktaş"ın futbolçusu Orkun Kökçünü transfer etmək istəyib. Sport24.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi yanvarda türkiyəli yarımmüdafiəçi üçün 30 milyon avro təklif edib.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Beşiktaş" Orkunu buraxmayıb və təklifə "yox" deyib.

 

Kökçü bu mövsüm Super Liqada 19 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.