Bu gün basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk oyununda "Gəncə" NTD ilə qarşılaşacaq. Görüşün start fiti saat 16:00-da səslənəcək.  

 

"Abşeron Lions" isə "Şəki" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:00-a planlaşdırılıb.

 

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" isə "Quba"nı (113:76) məğlub edərək növbəti mərhələyə adlayıb.