Ötən gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" 1:6 hesablı məğlubiyyəti İngiltərə mətbuatının diqqət mərkəzində olub. Sport24.az xəbər verir ki, ölkənin aparıcı idman saytları bu oyuna dair müxtəlif başlıqlı yazılar paylaşıblar.
Məşhur "The Guardian" nəşri Antoni Qordonun ilk yarıda vurduğu dörd qolu xüsusi qeyd edərək, bu nəticəni "Qarabağ qarşısında tam üstünlük" kimi qiymətləndirib və "Nyukasl"ın Çempionlar Liqasında növbəti mərhələ yönündə inamlı addım atdığını yazıb.
"Sky Sports" isə "Nyukasl səfərdə rəqibini darmadağın etdi" başlığı altında bu nəticənin komanda üçün nə qədər önəmli olduğunu vurğulayıb.
"Goal.com" portalı isə oyunçuların fərdi çıxışlarına toxunaraq, "Nyukasl" ilə müqayisədə "Qarabağ"ın müdafiəsinin "yavaş və çaşqın" qaldığını yazıb.
"AOL UK" isə baş məşqçi Eddi Haunun şərhini təqdim edərək, qələbəni "möhtəşəm performans" adlandırıb və komandaya gələcək matçlar üçün motivasiya yaradacağını vurğulayıb.
Digər məşhur ingilis nəşri olam "The Independent" isə məqaləsində, bu məğlubiyyətin "Qarabağ" üçün ağır nəticə olduğunu yazaraq, İngiltərə mətbuatının komandaya qarşı hücumlarda aciz qaldığını qeyd edib.