"Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli uzun müddətdən sonra yaşıl meydanlara qayıdır. Spor24.az Almaniya mətbuatına istinadən xəbər verir ki, komanda ilə məşqlərə qoşulan 28 yaşlı hücumçu II Bundesliqanın 23-cü turunda meydana çıxmaq ehtimalı var. Komanda fevralın 22-də "Pröyssen Münster"lə üz-üzə gələcək.

Forvard son məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışıb.

Qeyd edək ki, Azərbaycanlı futbolçu ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Forvard yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.