"Əlbəttə, ağır və çətin bir gündür. Amma biz heç vaxt özümüzü əskik hiss etmədik". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "Nyukasl"la baş tutan oyundan sonra jurnalistlərə açıqlamasında deyib:
"Möhtəşəm mübarizə ilə buralara gəldik. Gedib komandaya ruh verib dedim ki, sağ olun! Mənim üçün əsas önəmli olan məsələ odur ki, Nyukasla gedəndə orada böyük bir əzmlə mübarizəni davam etdirəcəyik".
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin dünən keçirilən ilk oyununda "Qarabağ" doğma meydanda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olub.