"Dünənki oyunla bağlı deyiləsi nəsə yoxdur. Zəif oynadıq və uduzduq". Bu sözləri Sport24.az-a "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis bu nəticənin klubdakı taleyinə təsir etmə ehtimalına da münasibət bildirib:

"Klubdaxili iclas olacaq. Ondan sonra hansı qərarlar qəbul ediləcəksə, ictimaliyyətə məlumat veriləcək"

Qeyd edək ki, "Səbail" ötən gün I Liqada MOİK-ə uduzub - 0:1.