"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller bölgə təmsilçisinin rəsmi "You Tube" kanalına müsahibə verib. Sport24.az xəbər verir ki, 33 yaşlı panamalı müdafiəçi bir neçə sualı cavablandırıb:

"Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Onlar üçün əlimizdən gələni edirik. Buna davam da edəcəyik. Növbəti matçlarda qələbə qazanmaq niyyətindəyik. Beləliklə, avrokuboklara vəsiqə qazanmaq üçün əlimizdən nə gəlirsə, hər şeyi edəcəyik".

O, komanda yoldaşı Rəhim Sadıxovun həmişə məşqə gecikdiyini söyləyib. Miller Ayxan Hüseynovun isə hamıdan əvvəl məşqdə olduğunu vurğulayıb: "Alexandro Serrano ən çalışqan futbolçumuzdur. Öz işinə peşəkar yanaşır. Məşqlərdən əvvəl onu idman zalında da görə bilərik. Məncə, ən tənbəl oyunçu Xəyal Nəcəfovdur".