Bu gün baskbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Ordu" saat 16:00-da "Sumqayıt"la, 19:00-da isə "Sabah" "Quba" ilə üz-üzə gələcək. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, "Ordu" - "Sumqayıt" cütünün qalibi "Sabah" - "Quba" duelinin güclüsü ilə oynayacaq. "Gəncə" - "Neftçi" duelinin qalibi isə "Abşeron Lions" - "Şəki" cütündə qələbə qazananla qarşılaşacaq.