Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 83-cü dəqiqəsində "İmişli" komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "İmişli" komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "İmişli" komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 72-ci dəqiqəsində "Qarabağ" komandasının 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 90+5-ci dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Qarabağ" komandası 6000 manat cərimə edilsin (maddə 86.3);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Kəpəz" – "Neftçi" oyununun 71-ci dəqiqəsində "Kəpəz" komandasının 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Kəpəz" komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Kəpəz" – "Neftçi" oyununda "Kəpəz" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Kəpəz" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Kəpəz" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Araz-Naxçıvan" – "Sumqayıt" oyununda "Araz-Naxçıvan" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Araz-Naxçıvan" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Araz-Naxçıvan" – "Sumqayıt" oyununun 74-cü dəqiqəsində "Sumqayıt" komandasının 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "Araz-Naxçıvan" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Sumqayıt" komandası 6000 manat cərimə edilsin (maddə 52.5);