"Marsel" "Renn"in keçmiş baş məşqçi Həbib Beye ilə hələ rəsmi razılaşma imzalamayıb. Sport24.az xəbər verir ki, bu barədə "L'equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mehdi Benatia seneqallı mütəxəssis ilə bazar ertəsi görüşərək razılaşmanı tamamlamalı idi. Lakin futbol direktoru bazar günü istefa verdiyindən proses ləngiyib. 48 yaşlı baș məṣqçi, Marsel rəhbərliyinin vəziyyəti dəqiqləşdirməsini gözləyib. Bu qeyri-müəyyənlik yalnız çərşənbə axşamı klub sahibi Frank Makkort açıqlaması ilə həll olunub
Qeyd edək ki, Həbib Beyenin cümə günü "Brest"lə qarşılamada ehtiyat skamyasında olub-olmayacağı isə hələ də məlum deyil.