UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Benfika" və "Real Madrid" (0-1) arasında baş oyunda yaşananlarla bağlı intizam araşdırmasına başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Madrid Universal" məlumat yayıb.
Mənbənin sözlərinə görə, UEFA hadisə ilə bağlı bütün şəxsləri, o cümlədən matçdan sonra Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestianninin irqçi ifadələr işlətdiyini açıq şəkildə bildirən Kilian Mbappeni dindirmək niyyətindədir. Dəlil olmadığı təqdirdə, sanksiyalar tətbiq edilməyəcək.
Qeyd edək ki, Lissabonda keçirilən matç madridlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi isə Vinisius olub.