Bu gün keçiriləcək iki oyunla kişi voleybolçular arasında Yüksək Liqada XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçında "Ordu" "Azərreyl" ilə üz-üzə gələcək.  Görüş saat 16:00-da başalayacaq.

 

Saat 19:00-da isə "Neftçi" - "Xilasedici" ilə qarşılaşacaq.

 

Qeyd edək ki, hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.