"Yuventus"un baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının pley-off mərhələsinin ilk turunda "Qalatasaray"a məğlubiyyəti (2:5) şərh edib. Sport24.az xəbər verir ki, italyan mütəxəssis bununla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib:

 

"Bu gecə xarakterimizi göstərmədik, üç addım geri çəkildik. Etdiyimiz işin çətinliyini və təhlükəsini anlamadıq. Keyfiyyəti itirsək, müdafiədə həmişə risk altında olacağıq. Cavab oyunundan əvvəl düzgün təhlil aparmağa çalışacağıq".

 

Qeyd edək ki, "Qalatasaray" və "Yuventus" arasında cavab oyunu fevralın 25-də Turindəki "Allianz" stadionunda keçiriləcək.