Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Qalatasaray"ı İstanbulda "Yuventus"u qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

"Real" səfərdə "Benfika"dan üstün olub. PSJ və "Monako"ya qalib gəlib. Dortmund "Borussiya"sı isə "Atalanta"nı məğlub edib.

 

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

 

"Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) - 5:2

Qollar: Sara, 15, Lanq, 49, 75, Sançez, 60, Boe, 86 - Kupmeyners, 16, 32

Qırmızı vərəqə: Kabal, 67 ("Yuventus")

 

"Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) - 2:0

Qollar: Girasi, 3, Beyer, 42

 

"Benfika" (Portuqaliya) – "Real" (İspaniya) - 0:1

Qol: Vinisius, 50

 

"Monako" (Fransa) – PSJ (Fransa) - 2:3

Qollar: Baloqun, 1, 18 - Due, 29, 67, Hakimi, 41