Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq ağdamlılar İngiltərə təmsilçisi "Nyukasl" ilə üz-üzə gəlir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.
Bu komandalar arasında cavab matçı isə fevralın 24-dən 25-nə gecə, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" - "Çelsi" cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu