"Real" hücumçusu Vinisius Junior Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Benfika"nın qapısına vurulan yeganə qolun müəllifi olub. Sport24.az xəbər verir ki, braziliyalı futbolçu 50-ci dəqiqədə Kilian Mbappenin ötürməsindən qol vurub.
Bu Vinisiusun Çempionlar Liqasında vurduğu 31-ci qol olub.
Bununla da hücumçu Çempionlar Liqasında bütün zamanların bombardirləri siyahısında Kakanı (30 qol) da keçərək braziliyalılar arasında ikinci yerə yüksəlib. O, hazırda yalnız Neymardan (43 qol) geri qalır.