Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutub. Sport24.az xəbər verir ki, A qrupunda "Gəncə" səfərinə yollanan "Abşeron Lions" 81:71 hesablı qələbəyə sevinib.

 

B qrupunda isə "Ordu" və "Quba" kollektivləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma birincilərin 98:87 hesablı qələbəsi ilə bitib.

 

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

 

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.