İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi Bukayo Sakanın sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu 2031-ci ilin yayına kimi London klubuna məxsus olacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. 24 yaşlı hücumçu bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.