Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında 14-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki. hesabat həftəsinin son oyun günündə iki qarşılaşma keçiriləcək.

 

Günün açılış matçında "Turan" UNEC-i qəbul edəcək. Tovuz Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 14:00-da səslənəcək. 

 

Digər görüş isə saat 17:00-a planlaşdırılıb. "Murov Az Terminal" və "Milli Aviasiya Akademiyası" kollektivləri "Murov Az Terminal"ın idman zalında münasibətlərinə aydınlıq gətirəcəklər.