Bu gün basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, "Ordu" saat 18:00-da "Sabah"la qarşılaşacaq.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.
Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.