"Hiss olunurdu ki, "Difai" ikinci dövrəyə daha yaxşı başlayıb. Rəqibin hücum xəttində aktivlik daha da artıb. Bizi yaxşı analiz etmişdilər. Boşluqlarımız üzərində çalışıb oyuna çıxmışdılar". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Gənc mütəxəssis komandasının Birinci Liqanın 15-ci turunda doğma meydanda "Difai"yə qalib gəldiyi oyunu şərh edb:
"Bu, bizim üçün gözlənilməz oldu. Tez qol buraxdıq. Bəlkə də bu bizim xeyrimizə idi. İkinci hissədə sistemdə dəyişiklik etməyə məcbur olduq və buna uyğun futbolçuları meydana buraxdıq. Qarşılaşmanın taleyini belə həll edə bildik. Qış fasiləsindən sonra ilk qələbəmizi qazandıq. Əslində "Səbail" və "Mingəçevir"ə qarşı pis oynamadıq. Bundan sonra eyni tempi saxlamalıyıq. Bütün rəqiblərə eyni cür yanaşırıq".
Qeyd edək ki, "Zaqatala" "Difai" matçı ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.