2026/2027 mövsümündə Əvəzedicilər Liqası ləğv olunacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA İcraiyyə Komitəsinin üzvləri bu yarışın təşkilinin ləğvinə müsbət yanaşırlar.

Lakin onlar Klublar Komitəsinin (KK) rəyini də almağı məqsədəuyğun hesab ediblər.

Komitə üzvləri də İcraiyyə Komitəsi ilə eyni fikirdədirlər. Onlar da Əvəzedicilər Liqasının keçirilməsinin əlavə xərc olduğunu düşünürlər.

Beləliklə, yaxın zamanda bu turnir rəsmən ləğv ediləcək.